Amerikalı alimlər koronavirusa qarşı vaksin kimi istifadə edilə biləcək süni virus yaradıblar.
Unikal.org AMEA-nın sayıtına istinadən xəbər verir ki, süni virus hələlik laboratoriya şəraitində, MERS koronavirusuna yoluxmuş siçanlar üzərində sınaqdan keçirilib. Alimlər hesab edirlər ki, bu yanaşma SARS-CoV-2 virusuna qarşı da səmərəli olacaq. Araşdırmanın nəticələri Amerika Mikrobiologiya Cəmiyyətinin “mBio” jurnalında dərc edilib.
ria.ru saytı xəbər verir ki, alimlər yeni araşdırmada gen-mühəndis virusunun yaradılmasına əsaslanan perspektivli yanaşmanı təsvir edirlər. Koronavirusların “tikanları” bu virusun tərkibindəki zülal fraqmentlərindən əmələ gəlir. Onlar insan hüceyrələrinin səthindəki reseptorlarla bağlanır ki, bu da virusun sağlam hüceyrələrə keçməsinə imkan verir.
MERS virusu siçanları məhv etmir, buna görə də eksperiment üçün model heyvanlar yaradılıb. MERS virusu bu heyvanların orqanizmində toplanan DPP4 zülalı vasitəsilə insan hüceyrələrinə daxil olur.