Şəmkirin keçmiş icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş mərhum Aslan Aslanovun oğlunun qətlində ittiham olunan Vüqar Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verib.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, o, barəsində çıxarılan qərarın ləğv edilməsini istəyir.
Qərarın nədən ibarət olduğu açıqlanmayıb. Lakin məhkəmə iddianı mümkünsüz hesab edib.
Qərardaddan narazı qalan V.Əliyev Bakı Apelyasiya Məhkəməsinə müraciət ünvanlayıb. İş hazırda həmin məhkəmədə araşdırılır.
Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı A.Aslanovun oğlunun qətlinə görə, keçmiş nişanlılar V.Əliyev və Lamiyə Quliyeva həbs olunublar.