Şabranda qətl hadisəsi törədilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Zeyvə kəndində baş verib.
Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid adlı kənd sakini 1963-cü il təvəllüdlü İstək Məmmədovanı və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət Məmmədovu ov tüfəngindən atəş açaraq öldürüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.
İlkin məlumata görə, hadisə namus üstündə baş verib.
Faktla bağlı araşdırma aparılır.