Ölümə doğru addımlayan uşaqlar və analar
18:07 17-11-2012
CƏMİYYƏT
Ölümə doğru addımlayan uşaqlar və analar
Və yaxud onlar niyə intihar edir, ya da öldürülürlər?
Son vaxtlar Azərbaycanda gənclər, xüsusilə də yeniyetmələrin intiharı çox tez-tez baş verir.
Onlar heç məktəbi bitirməyə macal tapmamış, öz həyatlarını bitirirlər. Biz fərqinə varmasaq da, yeniyetmələrin intiharı əslində olduqca həssas və ciddi məsələdir. Onlar bu dünyanın ədalətsizliyindən qaçırlar, elə psixoloji acılar çəkirlər ki, yeganə yolu canlarına sui-qəsd etməkdə görürlər. Bəs "Facebook nəslinə" necə yardım edək? Onların hallarının həqiqətən pərişan olduğunu necə anlayaq? Uşağımızı intihardan necə daşındıraq?
Psixoloq Elmir Əkbərin müşahidələrinə görə, "Yeniyetmələrin intiharları həqiqətən də insanı dəhşətə gətirir. Onların bu addımı artıq "təbil siqnalı" deməkdir. Bu, cəmiyyətə bir işarədir ki, həmin təbəqədə çox ciddi çətinliklər var. Əslində, yeniyetmələr, gənclər həmişə risk qrupu olublar".
Psixoloqun fikrincə, "İntihar hansısa anlarda yaşanan bir fikirdir. Əgər həmin vaxt yeniyetməni və ya hər hansı bir şəxsi bu addımdan, fikirdən daşındırsaq, daha sonra o addımı atmayacaq. Belə ki, 13 yaşdan 16 yaş dövrünə qədər insanların həyata öz baxışları yaranmağa başlayır. Bir növ orqanizmin psixoloji "sındırılması" gedir. Uşaq artıq böyük bir həyata addım atır və əbədi suallara cavab axtarır: Mən kiməm və bu dünyada niyə yaşayıram? Ona "buna görə yaşamaq lazımdır ki" cavabını qəbul etmək çox çətindir. İntihar patoloji xəstəliklər və psixozdan irəli gəlir. Birinci müəyyən yaşa çatmış insanlarda olur. Uşaqlarla bağlı olan intiharlar isə birmənalı olaraq hamısı məişət-psixoloji problemlərlə bağlı yaranır. Bu ona görə baş verir ki, biz uşaqların qəlbinə yol tapmırıq və onları başa düşmək istəmirik. Ancaq öz prizmamızdan uşaqlara yanaşırıq. Onlara qarşı çox eqoist yanaşırıq.
Bəzən valideynlər guya uşaqları "yaxşı" tərbiyə etmək üçün kimlərinsə yanında onları tənbeh etməyə çalışırlar. Belə çıxır ki, o böyüyün özü tərbiyəsizdir? O bilməlidir ki, cəmiyyətin içində insanı tənbeh etmək olmaz. Xoşməramlı tənqid ancaq təkliflə olur… Cəmiyyətin içində olan tənqid ancaq insanın içində olan daxili "natamamlıq kompleksi"ndən irəli gəlir. Böyük bu addımla özünü cəmiyyət içində yüksəltmək istəyir. Amma bununla o, özünün daxili "natamamlıq kompleksi"ni ödəməyə çalışır. Onlar valideynlərinin, həmyaşıdları, ya da müəllimlərinin tənqidlərini, təhqirlərinə dözə bilmirlər".
Psixoloqun dediyinə görə, "Evdə uşağınızın özünə qəsd etməsi ehtimalı olduğunu hiss edə bilərsiniz. Məsələn, əgər o deyirsə: "həyatım mənasını itirib, ağzımın dadı qaçıb, rənglər solğunlaşıb, hər şey mənə ağ-qara görünür, bilmirəm niyə yaşayıram? onsuz da öləcəm" kimi sözlər deməsi, özünə qapanması, ünsiyyətdən qaçması, nə ailə üzvləri, nə də dostları ilə danışması, qəfil davranışlarının dəyişməsi, konfliktlər yaşaması və s bu kimi əlamətlər "intihar qoxu"sundan xəbər verir. Bütün bu hallarda ehtiyatlı olmaq lazımdır. Heç vaxt uşaqlarınıza qarşı biganə olmayın. Onun bu sözlərini ciddi qəbul etmək lazımdır. Düzdür, bunu çoxu deyir, ancaq bu o demək deyil ki, hamı edir. Əgər uşaq bu cür sözləri 99 dəfə deyib-etməyibsə, 100-cü də o bunu artıq real olaraq edə bilər".
Ölkədə öldürülən qadınların sayı da artmaqdadır. Belə ki bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadındır
3 nəfər qadının öldürülməsi ilə bağlı bu günlərdə yayılmış məlumata görə, hadisələrdən birində Mənsimov Mənsim Kərim oğlu yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki evində ailə münasibətləri zəminində arvadı Zenfira Mənsimovanın və qızı Sevinc Mənsimlinin baş nahiyələrinə balta ilə zərbələr endirərək hər ikisini qəsdən öldürüb. İkinci hadisə isə Sumqayıtda baş verib. Şəhər sakini, 40 yaşlı Rövşən Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı, 37 yaşlı Nigar Məmmədovanı çoxsaylı bıçaq zərbələri vuraraq qətlə yetirib.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi bu ilin 11 ayı ərzində qətlə yetirilən qadınların statistikasını açıqlayıb. Birliyin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bu ilin 11 ayı ərzində zorakılığa məruz qalan 30 qadın qətlə yetirilib, 17 qadın isə müxtəlif xəsarətlər alıb. Qadınları qətlə yetirənlər əsasən onların həyat yoldaşları olub.
Bundan başqa, bildirilib ki, bu ilin 6 ayı ərzində məişət zorakılığı ilə bağlı qeydə alınan 773 cinayət hadisəsi zamanı 790 qadın zərər çəkib və onların 3-ü 18 yaşadək qızlar, 4-ü isə hamilə qadındır.
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin mətbuatda apardığı monitorinqin nəticələrinə görə, 2010-cu ildə ailədaxili zorakılıq zəminində 109 nəfər, 2011-ci ildə isə 135 qadın qətlə yetirilib.
Natiq
Digər Xəbərlər
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00
2024-12-27 17:08:07
2024-12-27 17:01:02
2024-12-27 17:00:01
2024-12-27 16:45:44
2024-12-27 16:42:01
2024-12-27 16:25:00
2024-12-27 16:18:17
2024-12-27 16:14:44
2024-12-27 15:56:04
2024-12-27 15:53:00
2024-12-27 15:45:44
2024-12-27 14:54:59