Almaniyada son 24 saat ərzində koronavirusa yoluxanların sayı kəskin artıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Robert Kox İnstitutu bildirib.
Belə ki, son 24 saat Almaniyada koronavirusa yoluxanların sayı 2 min 537-yə yüksəlib. Bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 123 016 nəfərə çatıb.
Qeyd edək ki, ölkədə son bir gündə koronavirusdan 126 nəfər ölüb. Epidemiyanın başlanğıcından indiyə kimi koronavirusdan ölüm hallarının sayı 2 799-a çatıb. Həkimlər həmçinin bildiriblər ki, epidemiya ərzində virusa yoluxmuş 64 300 xəstə sağalıb.