Konqo Demokratik Respublikasında (KDC) 2018-ci ilin Avqustunda başlayan Ebola xəstəliyinin bitməsindən iki il sonra virusun təsirindən iki nəfər həyatını itirib.

Unikal.org xəbər verir ki, KDC-nin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, 26 yaşındakı bir kişi və 11 yaşlı bir uşaq, “Ebola” xəstəliyinin qurbanı olub. Bu, ölkənin şərqindəki Kivu əyalətində təsbit edilib.

Xəstələrin eyni xəstəxanada müalicə olunduğu bildirilib.