“Stanley” və “Crown Acquisitions” sahibi, ABŞ Prezidenti Trampın yaxın dostu Stanley Chera, 78 yaşında koronavirus səbəbiylə ölüb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, ABŞ prezidenti Donald Trampın yaxın dostu, daşınmaz əmlakla zəngin Stanley Chera, 78 yaşında koronavirus səbəbiylə həyatını itirib.

Respublika Partiyasına verdiyi ianələrlə məşhur olan Cheranın ilk dəfə 24 martda koronavirus pandemiyası səbəbiylə xəstəxanaya qaldırıldığı qeyd olunub.