Etibar Pirverdiyevin ömrü 40 gün çəkməyən yalanı
18:09 17-11-2012
CƏMİYYƏT
Etibar Pirverdiyevin ömrü 40 gün çəkməyən yalanı
"Azərenerji" prezidenti qışa fasiləsiz işıq söz verdi, amma…
Ötən ayın ikinci ongünlüyü idi. "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlama verib ənənəsinə sadiq qalaraq yenə vədlərlə çıxış etdi. Pirverdiyev iddia etdi ki, Azərenerji" ASC payız-qış mövsümünə hazırlıq çərçivəsində elektrik stansiyalarının planlı təmiri cədvəlinə dəyişiklik edib.
Onun sözlərinə görə, əvvəllər qış mövsümündə sistemin yüklənməsi yüksək, yayda isə aşağı idi ki, bu da bütün elektrik stansiyalarında təmir işlərinin aparılması üçün tam imkan yaradırdı. Bu il Azərbaycanda artıq başqa ölkələrdə baş verən proses müşahidə olunur. Yay dövründə də ölkənin enerji sistemində qışdakı kimi yüklənmə yüksək olur ki, bu da əvvəlki illərdən fəfrqli olaraq elektrik enerjisindən istifadənin səviyyəsinin əhəmiyyətli dərəcədə artması ilə əlaqədardır. "Bu yay sistemin yüklənməsi yüksək olub və biz müəyyən planlarda dəyişiklik etmişik, eləcə də bəzi stansiyalarda təmir işləri bir qədər əvvələ, bəzilərində isə geriyə (sentyabr-oktyabr) çəkilib", - Pirverdiyev qeyd edib.
Pirverdiyevin sözlərinə görə, lakin ümumilikdə qışa hazırlıq çərçivəsində bütün işlər planlı qaydada aparılır. "Qış dövründə ASC istehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək", - "Azərenerji" rəhbəri deyib.
Əslində biz Pirverdiyevin və onun Açıq Səhmdar Cəmiyyətinin digər yetkililərinin bu cür populist çıxışlarına adətkardayıq, sadəcə, bu dəfə "Azərenerji" prezidentinin "qışda fasiləsiz işıq" vədi elə indidən puç çıxdı. Qış bir yana, hətta payızın ikinci ayından başlayaraq paytaxt Bakının özündə və ətrafında belə elektrik enerjisinin verilməsində ciddi problemlər müşaiyət olunur.
Məsələn, son bir neçə gündə Abşeron rayonunun çeşidli nöqtələrində işıqlar mütəmadi olaraq sönür. Oxuculardan əldə etdiyimiz məlumata görə, dünən də daxil olmaqla son üç gündə Xırdalan şəhərində ya tamamilə, ya da şəhərin ayrı-ayrı yerlərində işıqların saatlarla söndürülməsi adət halını alıb.
Analoji hal Sumqayıt şəhərinin bəzi yerlərində də təkrarlanır.
Artıq abonentlərdə ciddi narahatlıq var ki, havaların bir az soyuması ilə işığın verilməsində fasilələr adiləşməyə başlayıbsa, onda görün qışın ortasında camaat hansı vəziyyətlə üzləşəcək? Bir sözlə, Etibar Pirverdiyevin populist vədinə rəğmən hələ qış gəlməmiş sakinlər qaranlığın addım səslərini eşitməyə başlayıblar. Çoxluğun düşüncəsi bundan iarətdir ki, qış aylarında elektrik enerjisinin verilməsində vəziyyət əvvəlki illərdən fərqloənməyəcək, ya da fərqlənəcək - amma pisə doğru!
Xatırladaq ki, hələ də Azərbaycan əhalisi ötən ilin qış mövsümündəki işıq biabırçılıqlarını yaxşı xatırlayır. Hələ onda mətbuatın araşdırmaları süut etmişdi ki, elektrik enerjisi sektorunda ciddi prolemlər hökm sürür və bu, "Azərenerji"də dərin kök slmış korrupsiyanın məntiqi nəticəsidir.
Bəli, ötən qış mövsümündə şaxtalı-qarlı günlərin Bakını, Bakıətraf rayon və qəsəbələri, eləcə də bölgələri iflic etməsi enerji sektorunda olan eybəcərlikləri, korrupsiyanı tam çılpaqlığı ilə ortaya qoydu. Nəinki ucqar rayonlarda, hətta Bakının mərkəzində belə insanların dvamlı şəkildə işıqsız qalması göstərdi ki, əhalinin fasiləsiz enerji ilə təchizatına məsul olan qurum qışa qətiyyən hazır olmayıblar. Bir daha təsdiqləndi ki, son beş ildə 5 milyard dollardan çox sərmayəni "udan" enerji təchizatı sektoru, sadəcə, olaraq bu pulları mənimsəməklə məşğul olub.
Araşdırmalarla sübut olundu ki, son 5 ildə "Azərenerji" ASC-yə dövlət büdcəsi hesabına 1,5 milyard dollar, xarici kreditlər hesabına 1,5 milyard dollar sərmayə yatırılıb. Bu pula nəinki elektrik enerjisi sektorunu yeniləşdirmək, hətta enerji təchizatını sıfır variantından Avropa standartlarına uyğun qurmaq olardı, ancaq şaxtalı-qarlı günlərdə heç köhnəlmiş sovet standartlarına uyğun xidmət də olmadı - insanlar amansız şaxta ilə baş-başa qaldı.
Bu il də eyni ssenrinin təkrar olunacağının simptomları indidən görünür. Baxmayaraq ki, Etibar Pirverdiyev hələ də vəd verir. Vədlər isə yerinə yetirilmədikdən sonra heç bir əhəmiyyət kəsb etmir və yalanın sinoniminə çevrilir.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27