Çinin Uhan şəhərində meydana gələn və qısa zamanda bütün dünyaya yayılan koronavirus pandemiyası dünya ölkələrində tüğyan etməkdə davam edir.

Unikal.org məlumat verir ki,  İsveçdə koronavirusun yayılması səbəbindən hava yolları və otel işçiləri, tibb işləri üzrə təlimlər keçməyə başlayıblar.

Belə ki, 3 günlük sürətlənmiş kurslarda hava yolları işçilərinə, yoluxucu xəstəlik, gigiyena və xəstələrə qulluq mövzusunda təlimlər keçirilib. Layihə çərçivəsində birinci mərhələdə 30 kabin heyəti təlim alıb.  Yaxın həftələrdə daha 300 nəfərin kursda iştirak edəcəyi bildirilib.