İspaniya koronavirus epidemiyasının ən çox təsir etdiyi ölkələrdən biridir. 

Unikal.org  xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə polis məmurları xristianlar üçün müqəddəs Pasxa bayramı münasibətilə toplaşaraq, koronavirus xəstələrinin müalicə olunduğu xəstəxananın səhiyyə işçiləri üçün kiçik bir konsert veriblər. 

Polislər tibb işçiləri üçün “ı wıll survıve” (Mən sağ qalacam) mahnısını ifa ediblər.  Polis işçilərin, bu addımına, təxminən,  bir ay karantin altında qalan və ağır hallarla mübarizə aparan, tibb işçiləri, rəqs və alqışlarla cavab verib.

Qeyd edək ki,İspaniyada aprelin əvvəlində ən yüksək həddə çatan ölüm nisbəti, karantin tədbirləri sayəsində azalmağa başladı.