Burundidə bu günə qədər görülən cəmi 5 yeni növ koronavirus (COVID-19) hadisəsindən biri ölümlə nəticələnib. 

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkənin köhnə paytaxtı Bujumburada, COVID-19 yoluxmuş və nəfəs darlığı səbəbiylə reanimasiya şöbəsində müalicə görən şəxsin öldüyü bildirilib.

Qeyd edək ki, hazırda ölkədə 4 “COVID-19” yoluxmuş şəxs  xəstəxanada karantin altındadır.