Bütün dünyanı təsir sahəsinə alan yeni növ koronavirus (Covid-19) pandemiyasının geniş yayıldığı ölkələrdən biri də İspaniyadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən əksər ölkələrdə olduğu kimi İspaniyada da xüsusi karantin qaydaları tətbiq olunub. 

İspaniyanın Malaqa şəhərində isə bir qadın bu qaydalara əməl etmədiyi üçün məhkəmə qarşısına çıxarılıb. Sərbəst buraxılan qadın məhkəməyə çıxarılmasına bir polis avtomobilinin üzərinə çıxaraq soyunmaqla etiraz edib. 

Təcili yardım maşını ilə ərazidən uzaqlaşdırılan 41 yaşlı qadın yenidən polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.