Moskva yeparxiyasının 18 ruhanisində koronavirus aşkar edilib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, 13 aprel tarixinə olan statistikaya əsasən, 18 keşiş və rahibdə COVID-19 virusuna yoluxma qeydə alınıb.

Digər 21 keşiş və rahibdə koronavirus infeksiyasının əlamətləri müşahidə edilib, lakin onlarda diaqnoz təsdiqlənməyib.

Xatırladaq ki, Rusiyada ümumilikdə 15 min 770 nəfər koronavirusa yoluxub, 130 xəstə ölüb.