Bütün dünyada insanları qorxuya salan yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Çin in Fudan Universitetində aparılan bir araşdırmada koronavirusun yayılması ilə hava temperaturu arasındaki dəyişiklik analiz edilib.

Araşdırmanın nəticələrinə görə, koronavirusun yayılma sürəti ilə hava temperaturu arasında bir əlaqə olmadığı məlum olub. Yəni, koronavirus isti hava şəraitində də yayıla bilər.

Qeyd edək ki, daha öncə Çinin digər universitetlərində aparılan araşdırmalar koronavirusun yay aylarında məhv olacağı fikirini ortaya çıxarmışdı.