Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb.

Unikal.org xəbər verir ki, artıq ölkədə 272 nəfər koronavirusa yoluxub. Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bu günə qədər koronavirusdan 68 nəfər sağalıb, 3 nəfər isə dünyasını dəyişib.

Hazırda karantində 4 890, stasionar nəzarətdə isə 439 nəfər saxlanılır.