İtaliyada yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı artmağa davam edir.

Unikal.org xəbər verir ki, son sutka ərzində ölkədə 566 nəfər bu səbəbdən dünyasını dəyişib. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 20 465 nəfər olub.

Koronavirusa ümumi yoluxanların sayı isə 159 516 nəfər olaraq açıqlanıb.

Qeyd edək ki, İtaliyada karantin müddəti 3 may tarixinə qədər uzadılıb.