Koronavirusun yeni növü (COVID-19) səbəbindən itkilər Misirdə 164, Tunisdə 34, Əlcəzairdə 313 nəfərə çatıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Misir Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, daha 5 nəfərin koronavirus səbəbiylə öldüyü və ölkədə ümumi həyat itkisinin 164 olduğu bildirilib.
Bildirilib ki, ölkədə yoluxanların sayı 2190-a, sağalanlar da 488-ə çatıb.
Tunis
Tunis Səhiyyə Nazirliyi, COVID-19 nəticəsində daha 3 nəfərin öldüyünü açıqlayıb. Bununla da ölkədə itki 34-ə çatıb. Daha 19-a yoluxma halı baş verərək ümumi yoluxmanın 726-ya çatdığı bildirilib.
Əlcəzair
Əlcəzair Səhiyyə Nazirliyinin Koronavirus Müşahidəsi və İzləmə Komitəsinin sözçüsü Cemal Fevrar, daha 20 nəfərin COVİD-19-dan öldüyünü və ümumi itkinin 313-ə çatdığını qeyd edib.
Digər tərəfdən, Əlcəzairdə 2003-cü ildən bəri keçirilən Beynəlxalq Quran Yarışması fəaliyyətləri,”COVID-19”ın baş verməsi ilə əlaqədar olaraq daha sonraya təxirə salınıb.