ABŞ-ın cənub ştatlarında baş verən fırtına və qasırğalar nəticəsində ölənlərin sayı 33-ə çatıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səlahiyyətlilər, fırtına və qasırğa səbəbiylə Missisipi ştatında 11, Cənubi Karolina ştatında 9, Corciya ştatında 8, Tennessi ştatında 3, Arkanzas və Şimali Karolinada 1 adam həyatını itirib. 

Belə ki, məlumatda, 24 saat ərzində 41 qasırğa baş verib. Luiziana və Alabama əyalətinin qubernatorları, güclü fırtınanın vurduğu ziyanı azaltmaq üçün ərazini “təcili yardım” bölgəsi elan ediblər.

Qeyd edək ki,fırtına və qasırğa səbəbiylə yüzlərlə ev və binaya ziyan dəyib, ağaclar və elektrik naqilləri yıxılıb.

Təxminən 11 ştatda təsirli olan leysan və qasırğalar səbəbindən 1 milyondan çox insanın elektriksiz qaldığı bildirilir.