Rusiyada son bir gündə 2 774 nəfərə koronavirus diaqnozu qoyulub, 22 nəfər virusun qurbanı olub.

Unikal.org xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 21 102 nəfərə, ölənlərin sayı 170-ə, sağalanların sayı isə 1 694 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 489.