Hindistanda koronavirus (COVID-19) səbəbiylə ölkə daxilində tətbiq olunan “təcrid” mayın 3-dək uzadılıb.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Hindistanın Baş naziri Narendra Modi, televiziyada canlı yayımında xalqın 3 Maya qədər evlərində qalmağı əmr etdiyini açıqlayıb.

Mayın 3-dək hər bir hindistanın ayrı vəziyyətdə yaşayacağını ifadə edən Modi:

“Bütün hindlilərdən xahişim yeni növ koronavirusun digər bölgələrə yayılmasının qarşısını almaqdır. Ölkə sosial məsafədən və təcriddən çox böyük fayda götürdü. Yalnız iqtisadi cəhətdən baxsaq, baha başa gələ bilər. Biz çox böyük qiymət ödəməli olduq. Ancaq bunu hindlilərin həyatı ilə müqayisə etmək olmaz” deyə bildirib.

Qeyd edək ki, Hindistanda 358 nəfər “COVID-19”dan həyatını itirib, 10 min 541 adamda yeni növ koronavirus aşkar edilib.