İranın paytaxtı Tehranda, insanlar koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün məcburi hallarda velosipedlərdən istifadə etməyə çağırıblar.

Unikal.org İran Tələbələr Xəbər Agentliyinin (ISNA) verdiyi məlumata istinadən  xəbər verir ki, Tehran Bələdiyyəsinin Nəqliyyat və Trafik Vahidi Meneceri Yusuf Cellcet, sosial məsafəni qorumaq və COVID-19 almaq təhlükəsini azaltmaq üçün velosipedlərə üstünlük verilməli olduğunu söyləyib.

“Velosiped sürmə “COVID-19”un qarşısını almağın və epidemiyanın qarşısını almağın ən yaxşı şəxsi üsulu ola bilər, çünki velosipedçilər yalnız avtomatik olaraq başqalarından qaçmaqla yanaşı, özləri də yoluxmuş olsalar da başqalarından daha çox qoruyucu gücə sahibdirlər” deyə bildirib.

Həmçinin də, “Velosiped istifadəsi koronavirus günlərində məcburi hallarda şəhər nəqliyyatı üçün istifadə edilməlidir" deyən İran rəsmisi, velosipeddən istifadənin sağlam olduğunu və bədənin immunitet sistemini gücləndirdiyini və virusun yayılması baxımından zərərsiz olduğunu söyləyib.

Çindən dünyaya yayılan COVID-19 ilk olaraq 19 fevralda İranın Qum şəhərində görülüb və daha sonra bütün ölkəyə yayılıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin son açıqlamasına görə, ölkədə koronavirus səbəbiylə həyat itkisi 4 min 585, yoluxanların sayı 73 min 303-ə çatıb.