Koronavirusun yeni növü (COVID-19) səbəbiylə İsraildə həyatını itirənlərin sayı 118-ə, yoluxanların sayı isə 11 min 868-ə yüksəlib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, son 24 saatda COVID-19 diaqnozu qoyulan daha 3 xəstənin öldüyü bildirilib.
Qeyd edək ki, ölkədə koronavirus nəticəsində yaranan ölüm itkisi 118-ə çatarkən, son bir gündə COVID-19 diaqnozu qoyulan 282 nəfərdə aşkar edilərək, yoluxanların ümumi sayı 11 min 868-ə yüksəlib.