Fransanın paytaxt  şəhəri Parisdə yerləşən və ölkənin əsas rəmzlərindən biri kimi göstərilən Paris Notr-Dam kilsəsinin bərpası uzun zaman ala bilər.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, 15 aprel 2019-cu ildə baş verən güclü yanğın nəticəsində ciddi ziyan görən Paris Notr-Dam kilsəsi təmir olunmasını gözləyir.

Viktor Hüqonun eyniadlı romanı ilə nüfuzu artan kilsə, təkcə Fransaya deyil, bütün Avropaya belə ziyan vurub. Avropa liderləri kilsənin ziyanına görə kədərlərini bölüşən açıqlamalar verib. 

Belə ki, tarixi binanın bərpası işləri ölkədə və dünyada yayılan koronavirus səbəbiylə təxirə salınıb. 

Prezident Emmanuel Macron kilsənin təmirinin 5 ildən sonra başa çatmasını irəli sürüb, lakin mütəxəssislər 5 ildə bu işin çətin olacağını, hətta 10-15 il ərzində tamamilə bərpasının mümkün olacağını qeyd ediblər.