Bildiyiniz kimi, dünyada on minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirus (Covid-19) Çində yerləşən heyvan bazarında meydana gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Uhan şəhərində artıq karantin qaydaları ləğv edilib. Nəticədə həmin məşhur heyvan bazarı yenidən fəaliyyətə başlayıb.
Bazarda lentə alınan görüntülərdə insanların yenidən alış-veriş etdikləri görünür. Satıcılar isə maskadan istifadə edərək insanlara xidmət edirlər.