ABŞ Prezidenti Donald Tramp media konfransı zamanı "CBS"nin müxbiri Paula Reidi təhqir edib.

Unikal.org xəbər verir ki, P.Reid ölkədə yayılan pandemiya səbəbindən 20 milyon amerikalının işsiz qaldığını, on minlərlə vətəndaşın öldüyünü bildirib. O, həmçinin ABŞ hökümətinin bu hadisələrdən sonra  adekvat addımlar atmadığını qeyd edib.

Əsəbiləşən dövlət başçısı jurnalisti "yalançı" və "üz qarası" adlandırıb.