Türkiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayı açıqlanıb. 

Unikal.org xəbər verir ki, son 24 saatda ölkədə daha 107 nəfər ölüb. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1403 nəfərə çatıb. 842 nəfər isə sağalaraq evə buraxılıb. 

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

O, qeyd edib ki, aprelin 14-də ölkədə daha 33 070 nəfər üzərində test aparılıb.

Nazirin sözlərinə görə, ölkədə 4 062 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 65 111 nəfərə yüksəlib.