Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş, ABŞ prezidenti Donald Trampın Dünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirməni dayandırmaq qərarını tənqid edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Baş katibi Quterreş, ABŞ Prezidenti Trampın ÜST-nın qərarı ilə əlaqədar dediyi sözlərə, “ÜST və ya hər hansı bir humanitar təşkilatın koronavirusla mübarizədəki qaynaqlarını azaltmağın vaxtı deyil, həmrəyliyin vaxtıdır” deyə tənqidi fikirlərini bildirib. 

COVID-19 epidemiyasının dünyanın ən təhlükəli problemlərindən biri olduğunu bildirən Quterreş, epidemiya ilə mübarizədə qalib gəlmək üçün Ümumdünya Səhiyyə Təşkilatına dəstəyin vacib olduğunu da qeyd edib.