Goranboyda karantin rejimini pozan kafe aşkar edilib.
DİN-dən Unikal.org-a verilən məlumata görə,Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə bağlı inzibati ərazilərində xidmət aparan zaman rayonun Dəliməmmədli şəhəri ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyektin sahibi Elçin Rzayevlə yanaşı, onun müştəriləri - Zülfüqar Axundov, Dilqəm Məmmədov və Əli Hüseynov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.