Abşeron rayonunda oğurluq hadisəsinin üstü açılıb.
DİN-dən Unikal.org-a verilən məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları (RPİ) Masazır kəndində mənzillərin birindən oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı Sadiq Rəhimov, onun qardaşı, 40 yaşlı Seymur Rəhimov və onların xalası oğlu, 28 yaşlı Taleh Nəsrullayevi saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, hadisənin təşkilatçısı Sadiq Rəhimov Masazır kəndində oğurluq etmək üçün Ucar rayonunda yaşayan qardaşı Seymur Rəhimovu yanına çağırıb. Daha sonra cinayət əməlinə onlarla bir yerdə kirayədə qalan xalası oğlu Taleh Nəsrullayevi də ortaq olaraq sövq ediblər.
Saxlanılan şəxslər Masazır kəndində 3 evə girməklə oradan bir neçə ədəd soyuducu, 2 ədəd televizor, bir ədəd paltaryuyan maşın və digər qiymətli əşyalar götürüblər.
Aparılan araşdırma zamanı oğurlanan mallar saxladıqları yerdən tapılaraq maddi sübut kimi istintaqa təhvil verilib.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.