Bərdədə kütləvi dava olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Köbərkənd kəndində qeydə alınıb.
Kənd sakini Baxşeyiş Quliyev yaxın qohumları - Zaur Quliyev, Orduxan Quliyev, Ağa Quliyev, Vaqif Quliyev, Sərxan Quliyev, İntiqam Quliyevlə birgə sərxoş halda həmkəndliləri - Ədalət Əliyev və yaxın qohumları- Kənan Əliyev, Sərdar Əliyev, Aydın Əliyev, Etibar Əliyev, Elşad Süleymanovu yumruqla, ağacla, dəmir parçaları ilə vuraraq müxtəlif bədən xəsarətləri yetiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri cinayət işi açılıb.
B. Quliyev, İ. Quliyev və O. Quliyev şübhəli şəxs qismində saxlanılıblar.