Hacıqabulda polis nəfərini avtombillə vuran sürcü və avtomobildə olan karantin rejimi qaydalarını pozan 2 sərnişin saxlanılıb.
Unikal.org apatv-yə istinadən məlumatına görə, bu gün saat 12.00 radələrində Hacıqabul rayonu ərazisində yerləşən karantin rejimi qaydaları məqsədi ilə qurulan 2 stasionar postda qaydaları kobud şəkildə pozan, polis nəfərini avtomobillə vuran sürcü və sərnişinlər saxlanılıb.
Belə ki, 1984-cü il təvəllüdlü Tərtər rayon sakini, Vəkiloğlu MMC-nin (Patron tumları) direktor müavini Məmmədov Elşad Malik oğlu “Mercedes” markalı avtomobillə Bakı-Qazax avtomobil magistralının 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqdar yaradılmış stasionar postda saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib.
Təkrar olaraq həmin magistralın 113-cü kilometrliyində yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə məhəl qoymayaraq posta daxil olaraq həmin postda xidmət aparan Şirvan polis şöbəsinin əməkdaşı polis kiçik serjantı 1997-ci il təvəllüdlü Mirzəli Mirzə Nofil oğlunu vurub. Nəticədə polis nəfəri qolunun sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sürcü saxlanılarkən avtomobildə karantin rejim qaydalarını pozan 2 sərnişin- Bakı sakini, 1975-ci il təvəllüdlü Hüseynzadə Natiq Namiq oğlu və Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Fətəliyev Anar Akif oğlu da olub. Eyni zamanda sürücü Elşad Məmmədov Hacıqabul RPŞ-yə məxsus “Ford” markalı avtomobilə mindirilərkən təpiklə avtomilin arxa şüşəsini sındırıb.
Faktla bağlı Hacıqabul rayon prokuroluğu tərəfindən araşdırma aparılır.