Bakıda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, əməliyyatı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 800 manat dəyərində məişət və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Abbasov saxlanılıb.