Cəlilabad Rayon Polis Şöbəsinə şəhər sakini A.Nuriyevin həmyerlisi olan bir nəfəri öldürmək istəməsi və bu məqsədlə odlu silah əldə etməsi barədə əməliyyat məlumatı daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Aprelin 17-də saat 4 radələrində rayonun Sərhədabad kəndi ərazisində özünü şübhəli aparan bir nəfər polis əməkdaşları tərəfindən saxlanılıb, onun A.Nuriyev olması müəyyən edilib.
Şəxsi axtarış zamanı ondan “AKMS” markalı avtomat, 1 ədəd patron darağı, 20 ədəd patron və 1 ədəd deşici alət aşkar edilərək götürülüb.
A.Nuriyev izahatında A.B-nı (şərti) öldürmək məqsədi ilə odlu silah əldə etdiyini bildirib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 28,120 (qəsdən adam öldürməyə hazırlıq) və 228-ci (qanusuz silah saxlama)maddələri ilə cinayət işi başlanıb.