Gürcüstanda daha bir nəfər koronavirusdan vəfat edib.

Unikal.org xəbər verir ki, qonşu ölkədə koronavirusdan ölənlərin sayı 4 nəfərə, koronavirusa yoluxanların sayı isə daha üç nəfər artaraq 388-ə çatıb. Hazırda Gürcüstanda 4971 nəfər karantində saxlanılır, stasionar müalicədə isə 519 nəfər var. Virusa yoluxmuş şəxslərdən 86-sı sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.