Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminin əməl olunmasına nəzarət regionlarda da yüksək səviyyədə həyata keçirilir.
Unikal.org xəbər verir ki, Ağsu rayonunda təkcə son bir gün ərzində polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozan 18 nəfər rayon sakini barəsində 100-200 manat məbləğində cərimə tətbiq edilib.
Bundan başqa, karantin rejimini ciddi şəkildə pozan 5 nəfər rayon sakini Ağsu rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları reydlər zamanı vətəndaşlara evdən çıxmamağa, karantin rejimi qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.
Hazırda polis şöbəsinin əməkdaşları xidmətlərini gücləndirilmiş iş rejimində davam etdirir.