İranda yeni növ koronavirusun (Covid-19) yayılmasından sonra toyuq ətinə tələbat aşağı düşüb.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, yayılan görüntülərdə yük maşınına yığılan çox sayda cücənin boş bir əraziyə aparılaraq məhv edildiyi görünür. Cücələrin bu cür öldürülməsi insanların etirazına səbəb olub. 

Bir Günlük Toyuq İstehsalçıları Birliyi ölkədəki bütün cücələrin sabaha qədər bu cür məhv ediləcəyini açıqlayıb.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin Tehran Baş direktoru Səid Səid Mahmudi isə məsələ ilə bağlı verdiyi açıqlamasında "Digər toyuq istehsalçılarının da bu üsula əl atması halında onlara qarşı ən sərt tədbirlər görüləcək! sözlərini deyib.