Son zamanlar koronavirusun necə yayıldığı insanları xeyli maraqlandırır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı bioloq Vladimir Makarov məsələ ilə bağlı insanları maraqlandıran sualları cavablayıb. O, virusun paltarların üzərində çox qısa müddət yaşadığını bildirib. 

Bioloqun hər ehtimala qarşı insanlara evə gəldikdə geyimlərini özlərindən uzaq yerə asmalarını tövsiyyə edib. Bu virusun insanlara tənəffüs orqanları vasitəsilə yoluxduğunu qeyd edən Makarov ərzaqları kimyəvi vasitələrlə və ya spirtlə yuyumlasına ehtiyac olmadığını açıqlayıb.

"Həmçinin bu məqsədlə geyimlərin qaynadılmasına da ehtiyac yoxdur" deyə o, əlavə edib.