Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Posanlı qəsəbəsində baş verən hadisə zamanı Mübariz Bayramov həyat yoldaşı Nailə Məmmədovanın (1991-ci il təvəllüdlü) boğazını kəsib.
Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.
Hadisə yerinə Şəmkir rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Cinayəti törədən şəxs saxlanılıb.
Qətlin təfərrüatları dəqiqləşdirilir.(oxu.az)