İngiltərədə yeni növ koronavirus (Covid-19) səbəbindən ölənlərin sayı yenidən artıb.

Unikal.org xəbər verir ki, son sutka ərzində ölkədə daha 596 nəfər pandemiyanın qurbanı olub. Bununla da İngiltərədə koronavirusdan ölənlərin sayı 16 060-a çatıb.

Qeyd edək ki, daha 5 850 nəfərin koronavirusa yoluxması ilə birlikdə sözü gedən ölkədə pandemiyaya yoluxanların ümumi sayı 120 067-ə yüksəlib.