Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusdan (Covid-19) ölənlərin sayı artmaqdadır.
Unikal.org xəbər verir ki, Fransada son 24 saat ərzində koronavirus səbəbindən 395 nəfər dünyasını dəyişib. Bununla da ölkədə pandemiyanın qurbanlarının sayı 19 718-ə çatıb.
Bu barədə ölkənin Səhiyyə departamentinin rəhbəri Jerom Salomon keçirdiyi brifinqdə bildirib.
Qeyd edək ki, Fransada koronavirusa yoluxanların ümumi sayı 7 701 nəfər artaraq 175 942-ə yüksəlib.