Ukraynada üç sutkada koronavirusa yeni tutulanların sayı azalır.
Unikal.org ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutkada ölkədə 261 nəfər koronavirusa yoluxub. Bununla da Ukraynada koronavirusa tutulanların sayı 5710 nəfərə çatıb.
Ümumilikdə, koronavirusdan ölənlərin sayı 151 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar xəstəlikləri, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. 359 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.
Ukraynada koronavirusa yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.
Qeyd edək ki, ölkədə aprelin 24-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib.