Aprelin 19-da Azərbaycan Diaspor Gənclərinin (ADG) təşəbbüsü ilə virtual konfrans keçirilib. Konfransa dünyanın 14 ölkəsindən- Türkiyə, Kanada, Litva, Misir, Polşa, Rusiya, Gürcüstan, Estoniya, Almaniya,İsveçrə, İtaliya, Fransa, Yunanıstan və Azərbaycandan 18 nəfər qatılıb.
Unikal.org xəbər verir ki, Diaspor gəncləri COVİD-19 pandemiyasının yaşadıqları ölkələrdə yaratdığıproblemlərdən,xaricdə yaşayan azərbaycanlıların qarşılaşdıqları çətinliklərdən, Azərbaycan dövlətinin və diasporumuzun bu problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıblar.
Müzakirələrin əhəmiyyətini qeyd edən konfrans iştirakçıları qərara alıblar ki,gənclərin fərdi inkişafına, diaspor fəaliyyərinə fayda vermək üçün gələcəkdə də virtual təlim, konfrans və seminarların təşkilinidavam etdirsinlər.