Pakistanda yeni növ koronavirusa (COVID-19) tutulanların sayı son 24 saatda 425 nəfər artaraq 8 min 418-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin COVID-19 xəstəliyinin yayılması ilə bağlı məlumatları paylaşdığı veb saytdakı açıqlamaya görə, son 24 saat ərzində ölkədə 17 nəfər ölərək, ölkədə ölənlərin sayı 176-ya yüksəlib.Yoluxanların sayı 425 artaraq 8 min 418-əçatdığı qeyd olunub.
Belə ki, açıqlamada Pakistandakı xəstəxanalardan ümumilikdə 970 koronavirus xəstəsi buraxıldığı bildirilib.
Qeyd edək ki, ölkədə son 24 saat ərzində 4 min 873 test edildiyi halda, testlərin ümumi sayı 104 min 302 olduğu açıqlanıb.