Bu günə qədər Azərbaycanda yaşı 65-dən çox olan 15 minə yaxın şəxsə sosial xidmət göstərilib.
Unikal.org xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev AzTV-nin “Hədəf” verilişində məlumat verib.
"Sosial xidmətlərin göstərilməsinə nazirliyin 2 minə yaxın əməkdaşı, həmçinin könüllülər cəlb edilib", - deyə o, qeyd edib.