Bakının bir sıra küçələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən Unikal.org-a bildirilib.
Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonu xidməti ərazisində yerləşən 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri ilə əlaqədar olaraq Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin bəzi ərazilərində 21.04.2020-ci il tarixində saat 10.30-dan 12.00-dək elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaranacaq.