Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə növbəti dəfə xəbərdarlıq edib.

BNA-dan Unikal.org-a verilən məlumata görə, sərnişinlərə sosial məsafə ilə bağlı müraciət edilib:

"Dayanacaqda gözləyərkən və avtobusa minərkən lütfən sosial məsafənizi qoruyaraq növbəlilik prinsipinə əməl edin. Bu, sizin və ətrafınızdakıların sağlamlığı üçün önəmlidir. Xahiş edirik, zəruri olmadan səyahət etməyin".