Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən tələbə klubları müxtəlifyönümlü, maraqlıonlayn tədbirlər təşkil edir, həmçininsosial aksiyalarda fəal iştirak edirlər. Onlayn tədbirlərin keçirilməsində məqsəd karantin müddətində Akademiya tələbələrinin vaxtlarının daha səmərəli təşkili, intellektual biliklərinin inkişaf etdirilməsi, o cümlədən şahmat biliklərinintəkmilləşdirilməsi, eyni zamanda, evdə qaldıqları müddətdə vaxtlarını daha mənalı və səmərəli keçirmələridir.
Unikal.org xəbər verir ki, tələbələr arasında İntellektual Oyunlar Klubunun təşkil etdiyionlayn “Virtual Xəmsə Milli İntellektual Oyunu” keçirilib. Yarışda Akademiyanın bütün kurslarından tələbələr iştirak edib.
İqtisadiyyat klubunun təşkilatçılığı ilə “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələr üçün sual bankı yaradılıb. Tələbələr sual bankı vasitəsilə ixtisas biliklərini möhkəmləndirir, həmçinin dünyagörüşlərini daha da genişləndirirlər.
Ekologiya klubu karantin müddətində müxtəlif ekoloji çağırışlar edir. Ekologiya klubunun təşəbbüslərindən biri tələbə-gənclərin evdə qalaraq tullantılardan müxtəlif əl işləri hazırlamalarıdır. Bu təşəbbüsə uyğun olaraq, Akademiya tələbələri tullantılardan müxtəlif əşyalar hazırlayıb #evdəqal #tullantılarahəyatverhəştəqi ilə paylaşaraq, tələbə-gəncləri karantin müddətində evdə qalaraq ekologiyaya dəstək verən işlər görməyə çağırırlar.
Şahmat Klubunun təşkilatçılığı ilə Akademiyanın tələbələri arasında davamlı olaraq onlayn şahmat turniri də keçirilir.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən artıq iştirakçının qoşulduğu “Dünya və gənclər yeni şəraitdə” adlı onlayn forumda Akademiya TGT da təmsil olunub.
Akademiyanın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Orxan Cabbarzadə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə yaşı 65-dən yuxarı tənha vətəndaşlar üçün “Böyüklərimizi qoruyaq!” adlı sosial aksiyada könüllü olaraq iştirak edir.“Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənha vətəndaşlara evdə sosial xidmətlərin daha operativ və səmərəli təşkilində dəstək verilməsi məqsədi daşıyır.
Akademiyanın tələbəsi, həmçinin DOST Agentliyinin “Könüllü dost” aksiyasında fəal iştirak edir. Aksiya çərçivəsində işlərini 7 gün 24 saat sürdürən komandalar yaşlıların market və dükanlara gedərək verdikləri sifarişi evlərinə gətirir, qida tələblərini, dərman və digər ehtiyaclarını qarşılayırlar. Ayrıca olaraq könüllülər yaşlılara kommunal xərclərini ödəmə məsələsində də köməklik göstərirlər. Akademiyanın tələbəsi Orxan Cabbarzadənin aksiyada iştirakı zamanı çəkilmiş fotoları Türkiyə mediasında da öz əksini tapıb.