Ankara Təhsil və Araşdırma Xəstəxanasında işləyən həkim Merve Altıntaş koronavirusla bağlı maraqlı açıqlama verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, koronavirus Türkiyədə ilk dəfə aşkarlandıqdan 1 həftə sonra pandemiyaya yoluxduğunu xatırladıb. Merve Altıntaşın sözlərinə görə, onun müalicə olunduğu müddətdə qızdırması olmayıb.

Əksər insanların koronavirusun ilk simtomunun qızdırma olduğunu düşündüyü halda onun bu açıqlaması böyük marağa səbəb olub. 

Həkim xəstəliyi yüngül keçirsə də insanlara ehtiyalı olmağı tövsiyyə edib.