Cənubi Afrika ölkəsi Mozambikdə silahlı bir qrupun hücumu nəticəsində 52 nəfər ölüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Mozambik Polis Mətbuat Katibi Orlando Mudumane, yerli mətbuata verdiyi açıqlamada, silahlıların Cabo Delgado əyalətinin Muidumbe bölgəsindəki Xitaxi kəndinə hücum etdiyini söyləyib.

“Silahlılar qəzəbləndi və 52 nəfəri öldürdülər”deyən Mudumane, təcavüzkarların kənddəki gəncləri işə götürməyə çalışdıqlarını söyləyib.

Qeyd edək ki, keçən ildən bəri Mozambikdə ictimai binalara və təhlükəsizlik qüvvələrinə çoxsaylı terror aktları təşkil edilib.

Hücumlara görə Eş-Şebab adlı terror təşkilatı məsuliyyətə cəlb edilsə də, qrupun Somalidə eyni adlı təşkilatla əlaqəsi olub olmadığı hələ təsdiqlənməyib.

Bildirək ki, əhalisinin əksəriyyətinin müsəlman olduğu Cabo Delgado əyaləti də zəngin təbii qaz ehtiyatlarına malikdir.