Türkiyənin Trabzon şəhərində dəhşətli hadisə baş verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Trabzonun Hoşarlı mahalında, yeni doğulmuş bir uşağın cəsədinin fındıq bağında torpağa basdırıldığı xəbəri üzərinə jandarma hərəkətə keçib. Sağlamlıq və İlçe Jandarma Komandirliyi Təhlükəsizlik Komandirliyi bölgəyə sövq edilib. Bölgədəki qrupların etdiyi axtarışlarda fındıq bağında torpağa basdırılmış yeni doğulmuş bir uşağın cəsədi tapılıb. Prokurorluğun araşdırmasından sonra şəxsiyyəti məlum olmayan kiçik körpənin cansız bədəni yarılma üçün Trabzon Ədli Tibb İnstitutuna göndərilib.

Belə ki, hadisə ilə əlaqədar aparılan istintaq çərçivəsində, hadisəni törədən  ananın, əmisi oğlu ilə qeyri-qanuni əlaqəsi nəticəsində körpəsini dünyaya gətirdiyi müəyyən edilib.  

Qeyd edək ki, polis qrupları tərəfindən, yeni doğulmuş körpəsini torpağa basdıran 21 yaşlı Pınar Ç. Adlı qadın həbs edilərək, barəsində cinayət işi açılıb.